Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihə: UNEC kitabxanalarında ən çox oxunanlar

Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihə: UNEC kitabxanalarında ən çox oxunanlar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kitabxana İnformasiya Mərkəzinin “UNEC kitabxanalarında ən çox oxunanlar” adlı layihəsinin müzakirəsi təşkil edilib.
Tədbirdə tələbələr bu həftə UNEC-də keçirilən kitab-satış yarmarkasından aldıqları “A-dan Z-yə Marketinq” və “Sosial Media Marketinq” kitablarını müzakirə edib, fikirlərini bildiriblər.
Tədbir çərçivəsində müzakirə edilən ən yaxşı sosial platformalar, sosial medianın marketinq üçün faydaları, brendin avtoritetinin yüksəldilməsi məsələlərinin müzakirəsi tələbələrin xüsusi marağına səbəb olub.

Tehsil-press.az


Oxşar xəbərlər