UNEC-in tələbələri şəhidlərin xatirəsini belə yad etdi: Davamçılarınızıq!

UNEC-in tələbələri şəhidlərin xatirəsini belə yad etdi: Davamçılarınızıq! Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin marketinq ixtisasının birinci kurs tələbələri distant dərs zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi özünəməxsus şəkildə ehtiramla yad ediblər. Onlar dərsə “Zoom” hesablarındakı profil şəkillərini və adlarını şəhidlərin foto və adları ilə dəyişərək qatılıblar .
Dövlət himnilə başlanan dərsdə müəllim Bəsti Əliyeva və tələbələrdən Hacı Qafarov, Sadiq Dəmirli, Fidan Heydərova, Fatimə Qarayeva, Seymur Süleymanov şəhidlərlə bağlı fikirlərini bölüşüblər. Tələbələr bildiriblər ki, şəhidlərin xatirəsini hər zaman uca tutacaq, onların adlarını əməllərində yaşadacaqlar.
Tələbələrin bu addımı sosial mediada da böyük marağa səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər