Mərkəzi Lankaşir Universitetinin aliminin BDU-nun SABAH qrupları tələbələrinə ustad dərsi

Mərkəzi Lankaşir Universitetinin aliminin BDU-nun SABAH qrupları tələbələrinə ustad dərsi Böyük Britaniyanın Mərkəzi Lankaşir Universitetinin müəllimi fəlsəfə doktoru Ali Badiei Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının tələbələrinə ustad dərsi keçib.
“Alternativ enerji texnologiyaları” mövzusunda ustad dərsində enerji və karbon iqtisadiyyatı, külək enerjisi, ondan istifadə qaydaları, istilik mühərrikləri ilə bağlı məsələlərə toxunulub.
Tələbələrə atmosferdə karbonun artma səbəbləri, mənfi təsirlərini azaltmaq yolları, digər enerji mənbələri haqqında məlumat verilib. Alternativ enerji mənbəyi olan külək enerjisinin çatışmazlıqları, istifadə qaydaları, növləri, vertikal və horizontal quruluşları, işləmə mexanizmləri ətraflı izah olunub. Horizontal külək enerji mənbələrində qüvvələrin paylanma qanunlarından, vertikal enerji mənbələrində isə diametrdən asılı olaraq külək enerjisinin miqdarından bəhs edilib. Külək turbinlərinin strukturu, onlardan enerji əldə olunması və sənayedə tətbiqi məsələlərinə diqqət çəkilib.
Sonda mövzu ilə bağlı diskussiya aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər