Azərbaycan Dillər Universitetinin və ABŞ səfirliyinin Bakı Amerika Mərkəzinin “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Amerika arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyina həsr olunan “Heydər Əliyevin Azərbaycan-Amerika münasibətlərinin inkişafında rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə ADU-nun prorektoru professor Novruz Məmmədov Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanla ABŞ arasında siyasi və iqtisadi əlaqələr, eləcə də diplomatik münasibətlərin inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlərindən danışıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Cefri Anisman iki ölkə arasında olan dostluq münasibətləri haqqında fikirlərini bölüşüb. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Fulbrayt” proqramının qalibi kimi bir neçə il əvvəl ADU-da tədqiqat aparmış dosent Şəhla Nağıyeva Heydər Əliyevin Azərbaycan-Amerika əlaqələrinin inkişafında rolundan danışıb. O, həmçinin ADU-da fəaliyyət göstərən Amerika Mərkəzinin xidmətləri barədə məlumat verib.
Tədbirdə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin dəstəyi ilə hazırlanmış “Heydər Əliyev: Şəxsiyyətə Amerikadan baxış” sənədli filmi, həmçinin Amerika həyatının müxtəlif sahələrinə aid videomateriallar təqdim olunub.
Sonra ABŞ-ın Kaliforniya Dövlət Universitetinin professoru, şair-tərcüməçi Əlison Məndəvil və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin amerikalı tərəfdaşı, Beynəlxalq Vaşinqton Piano İncəsənəti Şurasının sədri Şato Qardeki ilə bağlantı yaradılıb.
Universitetin tərcümə fakültəsinin tələbələri Zümrüd Vəliyeva və Nərgiz Bağırlı Xalq şairi Zəlimxan Yaqubun Heydər Əliyevə həsr etdiyi “O, həyatı sevirdi” şeirini Azərbaycan və ingilis dillərində söyləyiblər.
Tehsil-press.az