Azİİ e-Kitab Evinin fonduna yeni nəşrlər hədiyyə olunub

Azİİ e-Kitab Evinin fonduna yeni nəşrlər hədiyyə olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evinin fonduna “Xalq Əmanəti” layihəsi çərçivəsində “Xalq Bank” ASC tərəfindən kitablar hədiyyə olunub.
2010-cu ildən etibarən həyata keçirilən bu layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycan xaricində fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Tehsil-press.az


Oxşar xəbərlər