Neft və Sənaye Universitetində kitab təqdimatı

Neft və Sənaye Universitetində kitab təqdimatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Neft-qaz yataqlarının işlənməsi”, “Neft və qazın quyu ilə çıxarılması texnologiyası” adlı dərsliklərin təqdimatı olub.
ADNSU əməkdaşları Şahin İsmayılov, Arif Süleymanov, Südabə Novruzova, Hacı Məlikov, İnqilab Əliyev, Malik Abdullayev tərəfindən ərsəyə gələn kitablar “Elm” nəşriyyatında çap edilib. Dərsliklərdə əsasən neft-qaz laylarının və yataqlarının, eləcə də neft və qazın quyu ilə çıxarılmasının nəzəri əsasları, neft quyularının fontan üsulu ilə istismarı, quyuların tədqiqi və istismarı üsulları haqqında ətraflı məlumat verilib.
Tədbirdə Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova yeni nəşrlərin Kitab Evinin bazasına və sisteminə daxil edildiyini, dərsliklərdən ADNSU-nun tələbə və əməkdaşlarının istifadə edə biləcəklərindən danışıb.
Müəlliflər nəşrlərin əhatə etdiyi mövzulardan bəhs ediblər.
Universitetin elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova çıxışında təqdim edilən dərsliklərin dəyərli vəsaitlər olduğunu vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər