Azİİ e-Kitab Evinin oxucuları üçün yeni imkanlar yaradılır

Azİİ e-Kitab Evinin oxucuları üçün yeni imkanlar yaradılır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti və Azİİ e-Kitab Evinin oxucuları üçün “Data Turkey” məlumat bazasının resurslarına giriş imkanları əldə olunub.
Türkiyənin bir çox dövlət və özəl qurumları tərəfindən hazırlanan makroiqtisadi, bankçılıq, real sektor, dövlət maliyyəsi, sosial və regional statistika və digər çoxsaylı mənbələri özündə birləşdirən “DataTurkey” məlumat bazası martın 15-dək ADNSU-nun professor-müəllim heyəti və Azİİ e-Kitab Evinin oxucuları üçün açıq olacaq.
Müntəzəm olaraq yenilənən “DataTurkey”in tətbiqi sayəsində bir çox müxtəlif qurum və təşkilatların məlumat mənbələrini tək platformada əldə etmək, məlumatları rahatlıqla idarə etmək, statistik və dinamik hesabat hazırlamaq, zaman seriyası və ya panel məlumat cədvəli yaratmaq, göstəriciləri qrafiklərdə əks etdirmək, müəyyən edilmiş cədvəl və qrafikləri müxtəlif formatlarda yükləmək, istifadə etmək, müqayisəli cədvəllər yaratmaq mümkündür.
Sınaq müddətində “Data Turkey” məlumat bazasının resurslarına https://datatr.net/login linki vasitəsilə daxil olmaq mümkündür. Link Azİİ e-Kitab Evinin səhifəsində də paylaşılır.

Tehsil-press.az

Oxşar xəbərlər