Azİİ e-Kitab Evinin bazasında ingilis dilində yeni nəşrlər

Azİİ e-Kitab Evinin bazasında ingilis dilində yeni nəşrlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi tərəfindən akkreditasiya olunmuş ixtisaslara uyğun 100 adda 100 nüsxə kitab alınıb və Azİİ e-Kitab Evinin bazasına daxil edilib.
Kitablar ingilis dilindədir, əsasən neft mühəndisliyi, marketinq, biznes, qeyri-səlis məntiq, kimya, geologiya, kompüter elmləri, etika və digər sahələri əhatə edir. Yüksək keyfiyyətə, nəfis tərtibata malik olan kitablar dünyanın nüfuzlu nəşriyyatları tərəfindən çapa hazırlanıb. Həmin kitablar ixtisaslara uyğun olaraq, universitetin BA proqramları və digər fakültələri üzrə təhsil alan tələbələrinin, professor-müəllim heyətinin istifadəsinə verilib.

Tehsil-press.az


Oxşar xəbərlər