Texniki Universitetin tələbəsi Varşavada beynəlxalq sammitdə iştirak edib

Texniki Universitetin tələbəsi Varşavada beynəlxalq sammitdə iştirak edib Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının informasiya texnologiyaları ixtisasının II kurs tələbəsi Sevinc Yaqubzadə Polşanın paytaxtı Varşavada keçirilən “Perspectywy Women in tech Summit 2022”də iştirak edib.
Beynəlxalq sammit Avropada texnologiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qadınların bir araya gəlməsi məqsədilə təşkil olunub. Builki sammitdə təkcə yeni texnologiyalar deyil, həmçinin iqlim böhranı və qlobal problemlərlə bağlı məsələlər də müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər