AzTU-nun tələbələri “IPMA”nın beynəlxalq sertifikatını alıblar

AzTU-nun tələbələri “IPMA”nın beynəlxalq sertifikatını alıblar Azərbaycan Texniki Universiteti (AzTU) ilə Azərbaycan Layihələrin İdarəedilməsi Assosiasiyasının (AzPMA) əməkdaşlığı çərçivəsində təşkil edilən “Layihələrin idarə olunması” mövzusunda təlimlərin yekun tədbiri keçirilib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə layihələrin idarə olunması ilə bağlı görülən mühüm işləri və mövcud problemləri diqqətə çatdırıb. Rektor bu istiqamətdə layihə əsaslı yanaşmanı genişləndirmək, həmçinin mütəmadi təlimlərin təşkil olunmasını məqsədəuyğun hesab edib.
Qeyd edilib ki, təlimlər “Ali təhsil müəssisələrində layihələrin idarəedilməsini sistemləşdirmək və effektivliyi artırmaq”, “Ali təhsil müəssisələrinin tələbələrinin layihə menecmentinə maraqlarını stimullaşdırmaq və onları beynəlxalq bilik və təcrübə mübadiləsi sisteminə inteqrasiya etmək”, “Ali təhsil müəssisələrində layihə menecmenti kursunun müasir tələblərə uyğun olaraq keyfiyyətini artırmaq” istiqamətləri üzrə təşkil edilib. Məqsəd layihələrlə iş bacarıqlarının keyfiyyətinin yüksəldilməsində universitetlərə dəstək göstərməkdir.
BP-nin maliyyə dəstəyi və AzPMA-nın təşkilatçılığı ilə təşkil edilən təlimlərin sonunda AzTU-nun müxtəlif fakültələrində təhsil alan 7 tələbə “IPMA Level D” beynəlxalq sertifikatını alıb.
Onlar Nəqliyyat və logistika fakültəsinin II və III kurs tələbləri Erkin Səmədli və Nihad Abdullazadə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II və III kurs tələbələri Ülviyyə İsmayılova və Röyal Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Samirə Paşayeva, Maşınqayırma və robototexnika fakültəsinin II kurs tələbəsi Ülkər Cabbarlı və “SABAH” qrupunun III kurs tələbəsi Səbinə Hacıyevadır.
Təlimlərdə iştirak edən AzTU-nun müəllim və əməkdaşlarına da sertifikat təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər