Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universitetinin icra etdiyi ikili diplom proqramı çərçivəsində təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ilk “Məzun günü” keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun, özəl sektorun, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, ADPU-nun professor-müəllim heyəti, Corc Vaşinqton Universitetinin nümayəndələri, proqramın məzunları və onların ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, ikili diplom proqramına ilk qəbul ilində ayrılan 25 yer üzrə qəbul olunan 24 nəfərdən 22 magistrant məzun olur. Hazırda qəbul planı 25 nəfərdən 40 nəfərədək artırılıb: “Proqram bizə dünyaca məşhur Corc Vaşinqton Universitetinin təhsil elmləri sahəsindəki zəngin təcrübəsindən faydalanmaq üçün geniş imkanlar yaradır”.
Professor Cəfər Cəfərov vurğulayıb ki, Azərbaycan gənclərinin dünya səviyyəsində təhsil alması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bununla bağlı dövlət səviyyəsində mühüm addımlar atılır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” və görülən digər işlər bu diqqətin bariz nümunəsidir. O qeyd edib ki, son illər ADPU müəllim hazırlığı sahəsində məzmun, infrastruktur, professor-müəllim heyətinin səriştələrinin artırılması yönündə ardıcıl islahatlar aparır: “Universitet olaraq XXI əsrin çağırışlarını və dövlətin milli prioritetlərini əsas tutaraq milli dəyərlərə yiyələnmiş, vətənpərvər, rəqəmsal və xarici dil bacarıqlı, yaradıcı səriştəli müəllim kadrlarının hazırlanması əsas hədəfimizdir”.
Rektor proqramın ərsəyə gəlməsindəki dəstəyinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Fonduna, Dövlət Proqramının işçi qrupuna, İkili Diplom Proqramının müəllim və idarə heyətinə təşəkkürünü bildirərək ilk məzunları və onların ailə üzvlərini təbrik edib.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil sahəsində görülən işlərin bəhrəsini görmək zaman tələb edir. Sevindirici haldır ki, bu gün biz 2 il öncə icrasına başladığımız ikili diplom proqramının ilk məzunlarını yola salırıq. Təhsil siyasəti və idarəetməsini öyrənmək çox vacibdir. Bu istiqamətdə təcrübi yolla əldə olunan biliklər kifayət etmir. Təhsil siyasəti və idarəetməsinin formal yolla öyrənilməsi xüsusi əhəmiyyət daşıyır: “İnanıram ki, ADPU ilə Corc Vaşinqton Universitetinin birgə icra etdiyi ikili diplom proqramının məzunları Azərbaycanda təhsilin inkişafına öz töhfəsini verəcək”.
Təhsil naziri vurğulayıb ki, bu proqram Azərbaycan dövləti və hökumətinin təhsilin inkişafı ilə bağlı gördüyü işlərin göstəricisidir. Azərbaycan cəmiyyəti, iqtisadiyyatı üçün mütəxəssislərin hazırlanması məqsədilə həyata keçirilən bu və bu kimi proqramların təsirləri gələcəkdə milli təhsil sektorumuzun inkişafında və minlərlə insanların həyatında özünü göstərəcək.
Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin akademik işlər üzrə dekanı Kolin Qrin ikili diplom proqramı çərçivəsində görülən işlərdən bəhs edib. Bildirib ki, Corc Vaşinqton Universiteti Azərbaycan universitetləri ilə əməkdaşlığını genişləndirir: “Düşünürəm ki, qurulan əməkdaşlıqların nəticələri hər iki tərəf üçün uğurlu olacaq”.
Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer videomüraciət formatında öz təbrikini çatdırıb.
“Məzun günü”ndə ikili diplom proqramı haqqında qısa filmin nümayiş etdirilib.
Sonda proqramın məzunlarına fəxri diplomlar təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə imzaladığı əməkdaşlıq müqaviləsinə əsasən icra olunur.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən ikili diplom proqramının məqsədi ADPU-da təhsil sahəsində beynəlxalq dərəcəli magistr idarəçilərin yetişdirilməsidir.
Tehsil-press.az