Bosniya və Herseqovinada daşqınlar nəticəsində 30 ailə evsiz qalıb

Bosniya və Herseqovinada daşqınlar nəticəsində 30 ailə evsiz qalıb Bosniya və Herseqovinada bir neçə gündür güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölkənin şimal-şərqində yerləşən Çelik şəhərində 400 ev və iş yeri sel suları altında qalıb.
Çelik Bələdiyyəsinin məlumatına görə, daşqınlar nəticəsində 30 ev yararsız hala düşüb, onlarla ailə evsiz qalıb. Həmçinin kənd təsərrüfatına külli miqdarda ziyan dəyib. Şəhərə dəyən ziyanın aradan qaldırılması üçün 3,5 milyon avroya ehtiyac olduğu və bu vəsaitin bələdiyyənin illik büdcəsindən təxminən iki dəfə çox olduğu bildirilib.

Tehsil-press.az


Oxşar xəbərlər