2022-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Bu barədə TurkicWorld-a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 16.7 dəfə artıb.
İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana İŞKUR vasitasilə iş tapmaq üçün 248 Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, hesabat dövründə 6 978 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 45 faiz çoxdur.
“Bu ilin may ayında İŞKUR vasitəsilə Türkiyədə 122 min 266 nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 63,8 faizi kişi, 36,2 faizi isə qadındır. May ayında Türkiyədə işsiz sayı 3,537 milyon nəfər təşkil edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1,3 faiz azdır", - deyə İŞKUR-dan bildirilib.
Tehsil-press.az