Xəzər Universitetinin müəllimi Psixologiya Elm Assosiasiyasının konfransında çıxış edib

Xəzər Universitetinin müəllimi Psixologiya Elm Assosiasiyasının konfransında çıxış edib Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə ABŞ-ın Çikaqo ştatında keçirilən beynəlxalq psixologiya konfransında çıxış edib.
Psixologiya Elm Assosiasiyası (APS – Association for Psychological Science) tərəfindən hər il təşkil olunan konfransda dünyanın nüfuzlu universitetlərindən olan tədqiqatçılar psixologiya sahəsində həyata keçirdikləri elmi araşdırma işlərini və elmi yenilikləri təqdim ediblər.
Konfransın açılış mərasimində APS-ın prezidenti, Stanford Universitetinin professoru psixoloq Jennifer Eberhardt giriş nitqi ilə çıxış edib.
Sonra “Just Mercy” kitabının müəllifi Bryan Stevensonun “İnsanlıq və ədalət” mövzusunda çıxışı dinlənilib.
Konfransın İdarə Heyətinin üzvi və Kembric Universitetinin Psixologiya departamentinin sabiq rəhbəri professor Trevor Robbins neyropsixologiya sahəsində ən son yeniliklər və tədqiqat işlərinin nəticələri haqqında məlumat verib.
Daha sonra psixoloq Nilufər Əlizadə “Beynəlxalq tələbələr arasında xroniki yorğunluq sindromu” mövzusunda çıxış edib. O, əldə olunan tədqiqat nəticəsinin tətbiqindən danışıb. Tələbələrin akademik performanslarında yalnız universitetlərin beynəlxalq departamentlərinin deyil, eləcə də akademik heyətin önəmli rolu olduğunu diqqətə çatdırıb.
Konfrans kliniki, sosial və digər psixologiya sahələrinə aid panel iclaslarla davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər