Xəzər Universitetinin müəlliminin tədqiqat işi “Fullbright” proqramının qalibi olub

Xəzər Universitetinin müəlliminin tədqiqat işi “Fullbright” proqramının qalibi olub Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin “Klinik psixologiya üzrə onlayn magistratura diplomu” ("Online Postgraduate Diploma in Clinical Psychology") adlı tədqiqat işi ABŞ-ın “Fullbright” İnkişaf Fakültəsi Proqramının (Fullbright Faculty Development Proqram) qalibi olub.
Tədqiqat işi Azərbaycanda psixologiya sahəsində mövcud problemlərdən birinin həllinə fokuslanıb. Tədqiqat işi 2022-ci ilin yanvar-may ayları ərzində Arkanzas Universitetində aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər