Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı, gənc doktorant və tədqiqatçı Nərgiz Hacıyeva Yaponiya hökuməti və Yaponiyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən MİRAİ mübadilə proqramının təqaüdünü qazanıb.
“Beynəlxalq hüquq və qanunun aliliyi” mövzusunda olan mübadilə proqramına Azərbaycandan 300 namizəd müraciət edib və 2 nəfər proqramda iştirak etmək hüququ qazanıb. Dissertasiya işinin keyfiyyətinə və aktuallığına, eyni zamanda beynəlxalq hüquq sahəsində təcrübəsinə görə təqaüd proqramını qazanan 2 qalibdən biri N.Hacıyeva olub.
Gənc tədqiqatçı Nərgiz Hacıyevanın dissertasiya işinin mövzusu Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vaxtilə qanunsuz həyata keçirilmiş idxal və ixrac həcmlərinin iqtisadi-hüquqi qiymətləndirilməsidir. Dissertasiya işində işğal dönəmində Azərbaycan ərazilərində Ermənistan tərəfindən qanunsuz şəkildə həyata keçirilmiş malların, xidmətlərin idxal və ixrac prosesi, əqli mülkiyyət pozuntuları, təbii resurslardan qanunsuz istifadənin iqtisadi və hüquqi həcmləri təhlil edilib. Tədqiqat işinin nəzəri hissəsində müəllif iqtisadiyyata hüquqi elementlər əlavə edərək, onların müqayisəli təhlilini aparacaq.
Nərgiz Hacıyeva, həmçinin İsveçrənin Sürix Universitetinin “Democracy NET” gənc alimlər şəbəkəsinin Azərbaycan üzrə tədqiqatçısı və təmsilçisidir.
Tehsil-press.az