UNEC-in gənc əməkdaşı İsveçrə universitetində tədqiqat aparacaq

UNEC-in gənc əməkdaşı İsveçrə universitetində tədqiqat aparacaq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin işçisi, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva bir il müddətində İsveçrənin Saint-Qallen Universitetində “Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə aparılmış qanunsuz idxal və ixracın iqtisadi-hüquqi qiymətləndirilməsi” mövzusunda dissertasiya işi üzrə tədqiqat aparacaq.
N.Hacıyeva və onun elmi rəhbəri professor Dirk Lehmkuhl Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərovla görüşüb.
Görüşdə müvafiq elmi-tədqiqat işi barədə fikir mübadiləsi aparılıb, eləcə də iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xatırladaq ki, Nərgiz Hacıyeva 2021/2022-ci tədris ili ərzində İsveçrə Konfederasiyasının beynəlxalq doktorantlar üçün ayırdığı Mükəmməllik Təqaüdünün (Swiss Government Excellence Scholarship/Schweizerische Bundes-Exzellenz-Stipendien) doktorantura tədqiqat proqramı (Ph.D Research Fellowship) üzrə qalibi olub.

Tehsil-press.az

Oxşar xəbərlər