Bakı Slavyan Universitetində (BSU) Milli Məclisin deputatları, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə infosessiya-ictimai məlumatlandırma günü keçirilib.
Tədbiri giriş sözü ilə BSU-nun rektoru Anar Nağıyev açıb. O, tədbirin məqsədinin BSU-nun fəaliyyətini mütəmadi olaraq ictimaiyyət üçün açıq elan etmək olduğunu bildirib və bu tədbirlərin davamlı olacağını deyib. Rektor Anar Nağıyev BSU haqqında təqdimatla çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun əsasında Bakı Slavyan Universitetinin fəaliyyətinə qərar verilib. Ulu Öndərin bu uzaqgörən qərarının əhəmiyyətini vurğulayan Anar Nağıyev BSU-nun yeni bir mərhələyə keçid etdiyini qeyd edib.
Universitetin əldə etdiyi nailiyyətlərindən söz açan rektor son 22 ildə BSU-da həm bir sıra Şərqi Avropa dilləri, slavyanşünaslıq, jurnalistika, tərcümə, beynəlxalq münasibətlər üzrə mütəxəssis hazırlığı aparıldığını qeyd edib. Ali təhsil müəssisəsində 4000-dən çox tələbənin təhsil aldığını deyən rektor ali təhsilin hər səviyyəsində müxtəlif ixtisaslar üzrə üç dildə - Azərbaycan, rus və ingilis dillərində 75 ixtisaslaşma əsasında təhsil proqramları aparıldığını deyib. BSU-nun hədəfləri və qarşıdakı məqsədlərinə toxunan rektor universitet olaraq tədqiqat prosesində dürüstlüyün əsas hədəf kimi seçildiyini bildirib. “Ulu öndər Heydər Əliyevin imzası ilə yaradılan BSU Cənubi Qafqaz regionunda slavyanşünaslığın tədqiqi və öyrənilməsi, kadr hazırlığı istiqamətində birinci universitet kimi formalaşıb. Biz bununla qürur duyuruq ki, BSU məhz bu kontekstdə Ulu Öndərin yaratdığı və regionda slavyanşünaslıq üzrə birinci universitetdir”, – deyə o qeyd edib.
BSU-nun 2030-cu ilə qədər olan əsas hədəflərindən danışan rektor deyib ki, yaxın bir neçə il ərzində slavistika üzrə, xüsusilə tədqiqatlar sahəsində qlobal və regional şəkildə tanınmış mükəmməllik mərkəzinə çevrilmək BSU-nun hədəflərindəndir. O, universitetin tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində aparılacaq işlərdən söz açıb. Təhsildə keyfiyyətin təminatı məsələsinin vacibliyini önə çəkən rektor bu kontekstdə həyata keçiriləcək fəaliyyətdən danışıb. O, Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ilə əlaqələrdən söz açıb. Rektor məzunların əmək bazarına hazırlanmasının daha keyfiyyətli təşkil olunması üçün səriştəəsaslı proqramların tətbiq edilməsinin əhəmiyyətini qeyd edib. Həmin proqramlara uyğun olaraq Təhsil Nazirliyinin xarici dil üzrə qrant layihəsinin, bolqar dilinin tədrisi və tədris resurslarının hazırlanması ilə bağlı Bolqarıstan səfirliyi və Bolqarıstan Xarici İşlər Nazirliyi ilə layihənin həyata keçirildiyini diqqətə çatdırıb. Bununla yanaşı, Polşa ilə əlaqələrin genişləndirilməsi üzrə müəllim və tələbələrin birgə mübadilə proqramı üzərində işlənildiyini bildirib. Anar Nağıyev yeni tədris ilindən psixologiya və korreksiyaedici təlim ixtisasları üzrə kadr hazırlanması prosesinə başlanılacağını da vurğulayıb. O, statistik rəqəmlərə diqqət çəkərək BSU-nun coğrafi olaraq Azərbaycanı necə əhatə etməsi barəsində statistik nəticələri qeyd edib. Həmçinin əcnəbi tələbələrin qəbulu ilə bağlı da məlumat verib. Rektor BSU-nun nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksinin qarşısında duran hədəflərdən də söz açıb. Sonda Anar Nağıyev yaz imtahan sessiyasının gedişi ilə bağlı statistikanı da tədbir iştirakçılarının diqqətinə çatdırıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün görülən işlərdən söz açıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bir ali təhsil müəssisəsi olaraq BSU-nun gələcəyə baxışı, hədəf və məqsədlərinin olmasını müsbət qiymətləndirib. O, Azərbaycanın tarixi ənənələrə malik olan universitetinin öz fəaliyyətini uğurla davam etdirdiyini diqqətə çatdırıb. Həmçinin yeni mərhələyə qədəm qoyan BSU-nun Azərbaycan universitetləri arasında özünə layiq yer tutacağına inamını ifadə edib.
Milli Məclisin deputatı Arzu Nağıyev BSU-nun strateji əhəmiyyətli universitet olduğunu, dövlət qurumları üçün yüksəkixtisaslı kadrların hazırlanması sahəsində potensial mərkəz olduğunu qeyd edib. O, universitetdə Şərqi Avropa dilləri üzrə mütəxəssislərin yetişdirilməsində ciddi işlər görüldüyünü deyib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı rektor Anar Nağıyevə təqdimata görə təşəkkür edərək tədbirin təşkilini yüksək qiymətləndiriblər. Çıxışçılar BSU-da aparılan islahatların, görülən işlərin bu ali təhsil ocağının fəaliyyətində qarşıya qoyulan yeni hədəflərin yerinə yetirilməsinə inam yaratdığını bildiriblər və bu sahədə uğurlar arzulayıblar.
İnfosessiya İctimai Nəzarət Şurası və KİV nümayəndələrinin iştirakı ilə imtahan sessiyasının izlənməsi ilə yekunlaşıb.
Tehsil-press.az