Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Polşa Respublikası parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotskanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səttar Möhbalıyev və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova da iştirak ediblər.
Qonaqları salamlayan Anar Nağıyev onlara universitetin tarixindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 2000-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universitetinin müxtəlif dönəmlərdə inkişaf dövrlərini yaşadığını, ötən il ali təhsil ocağının 75 yaşının qeyd olunduğunu diqqətə çatdırıb. Universitetin mövcud təhsil proqramları haqqında danışan rektor təhsil, tərcümə, filologiya, beynəlxalq münasibətlər və regionşünaslıq, jurnalistika və digər istiqamətlər üzrə ixtisasların olduğunu deyib.
Bildirilib ki, Polşa, Bolqarıstan, Çexiya, Yunanısan, Ukrayna, Rusiya və digər ölkələr üzrə regionşünaslıq ixtisasında həmin ölkələrin həm dili, həm tarixi və coğrafiyası, həm də ədəbiyyatı və mədəniyyəti tədris olunur. Polşanın Azərbaycandakı və Azərbaycanın Polşadakı səfirliklərinə öz təşəkkürünü bildirən BSU-nun rektoru universitetin Polşanın Bakıdakı səfirliyinin Polyak dili və Mədəniyyəti Mərkəzinə dəstəyinı alqışlayıb. “Polşa səfirliyi ilə birgə əməkdaşlığın nəticəsidir ki, BSU-nun tələbələri və məzunları polşaşünas olmaqla yanaşı, xüsusən dil bilikləri üzrə ixtisaslaşıblar. Bu illər ərzində BSU-nun Polşa universitetləri ilə əlaqələr inkişaf edir, tələbələr yay məktəblərində iştirak edirlər”, - deyə Anar Nağıyev qeyd edib.
Rektor bu əməkdaşlığın növbəti mərhələyə adlayacağına əminliyini ifadə edərək BSU-nun qarşısında duran əsas məqsədlərdən birinin yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması olduğunu vurğulayıb. BSU-nun polşaşünaslıq, o cümlədən slavyanşünaslıqla bağlı layihələrdə maraqlı olduğunu diqqətə çatdıran rektor BSU-nun regionda bu istiqamət üzrə ən böyük və yeganə ali məktəb olduğunu bildirib. BSU-nun polyak dili üzrə sertifikasiya mərkəzinə çevrilməsinin mümkünlüyünü qeyd edən Anar Nağıyev bu ali məktəbin slavyanşünaslıq üzrə təhsil proqramları təklif etdiyini diqqətə çatdırıb. “Biz Polşa universitetləri üçün Mərkəzi Asiyaya və daha geniş regiona çıxış rolunu oynaya bilərik”,- deyə o qeyd edib.
Yoanna Lixotska hazırda 1700 azərbaycanlı tələbənin Polşa universitetlərində təhsil aldığını bildirib. İki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edən polşalı parlamentari Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafı, birgə elmi tədqiqatların aparılması, birgə konfransların təşkili və məqalələrin dərc olunması ilə bağlı təkliflərini səsləndirib. Qonaq əlaqələrin inkişafında təhsilin önəmli yer tutduğunu vurğulayıb. Polşada azərbaycanlı tələbələrin təhsil alması, BSU-nun məzunlarının doktorantura təhsilini Polşa universitetlərində davam etdirməsi, ümumilikdə BSU tələbələri üçün beynəlxalq səviyyədə diplomların əldə olunması imkanlarının olduğunu bildirib.
Görüşdə universitetlərarası əməkdaşlıq, ikili diplom məsələləri, polyak tələbələrin Azərbaycanda təhsil almaları üçün imkanlar, müəllim-tədqiqatçı və tələbə mübadiləsi, elmi tədqiqatlar, Avropa İttifaqının layihələrində birgə iştirak və səmərəli əməkdaşlıq üçün digər imkanlar müzakirə olunub.
Sonra nümayəndə heyəti BSU-da fəaliyyət göstərən Polyak dili və Mədəniyyəti Mərkəzi ilə yaxından tanış olublar və polşaşünas ixtisasında təhsil alan tələbələrlə görüşüblər.
Tehsil-press.az