Tarixdə elə günlər var ki, onu əsrə bərabər hesab edirlər və 2020-ci il noyabrın 10-u belə gün kimi Azərbaycan xalqının tarixinə düşdü. Bu, ona görə əsrə bərabər gün kimi tariximizdə qalacaq ki, əsrin üçdə biri qədər müddətdə zorla, ölüm təhdidi altında çıxarıldığımız, şərəf hissindən məhrum düşmənin maddi və mənəvi abidələrimizi dağıtdığı, müqəddəs inanc yerlərimizi təhqir etdiyi, Azərbaycan izinin silinib yox edilməsi prosesi getdiyi ərazilərimiz dövlətimizin yuridiksiyasına keçdi, gözəl Qarabağımıza və ətraf yeddi rayona qayıtmaq imkanı qazandıq. Bu, ona görə tariximizə əbədi həkk edilən gün oldu ki, böyük bir xalqın inamı özünə qayıtdı, tarixin müəyyən məqamlarında hər bir millətin düşə biləcəyi burulğandan ləyaqətlə çıxdı, öz gücünə, potensialına bir daha inandı. Ötən 44 günün Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ kimi qalacağını isə ona görə qətiyyətlə deyirik ki, həmin günlər xalq-dövlət, xalq-hakimiyyət birliyinin şanlı səhifələri yazıldı. Dünya tarixində az-az dövlətlərdə təsadüf olunan oxşar situasiya formatı tapmaq olar ki, bu cür monolit birlik praktikası ilə qarşılanasan. Bu, hakimiyyət və xalq arasında qarşılıqlı inam və etimadın nə qədər vacib olduğunun göstəricisi oldu. Xalq və dövlətimizin Dağlıq Qarabağda perspektivinə inandığımız, düşməni əbədi sülhü bərqərar edən sənədə qol çəkdirmək gücünün başlıca amili olan bu göstərici hər bir Azərbaycan Respublikası vətəndaşı üçün qürurvericidir.
Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib.
Professor deyib: “Baş vermiş hadisələrin xronologiyasını xəyali gözdən keçirmək kifayət edər ki, bu tandemdə siyasi hakimiyyət, şəxsən Prezident İlham Əliyevin səmimiyyətə söykənən siyasəti nə qədər böyük rol oynadı. Cəbhə xəbərləri ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatların ölkə əhalisində heç bir tərəddüd yaratmadan qəbul edilməsinin köklərini də həmin səmimiyyətdə axtarmaq lazımdır. Hamımız xatırlayırıq ki, Şuşa ətrafında gedən gərgin döyüşlərdən sonra, noyabrın 8-də Prezident İlham Əliyev televiziya ilə xalqa müraciət etdi, Azərbaycan ruhunun paytaxtı, xalqımızın simvolu olan şəhərin azad olunması xəbərini verdi.
Sentyabrın 27-dən başlayan və noyabrın 10-na qədər davam edən müharibə parlaq Azərbaycan gəncliyinin öz şərəfli tarixinin kökləri üzərində boy atdığını bir daha bütün dünyaya göstərdi. O köklərin nəticəsi idi ki, bizim qəhrəman balalarımız müharibənin başlanğıcında “keçilməz sədd” mifi qazandırılan “Ohanyan istehkamları”nı yarıb keçdilər və hesab edirəm ki, hərb tarixində unikal səhifələr kimi yazılan Şuşanın azad edilməsi əməliyyatını tədqiq edəcək tarixçiləri belə heyrətləndirəcək ağlagəlməz rəşadət göstərdilər. O səhnələr şəxsən məni bir insan kimi heyrətləndirir, bir ana kimi mütəəssir edir və hesab edirəm ki, bədii ədəbiyyatımızın əbədi mövzusuna çevriləcək o anları yaşatmaq hər birimizin borcudur”.
Tehsil-press.az