Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun da həmtəsisçisi olduğu “Applied and Computational Mathematics” beynəlxalq jurnalının WoS bazasında təsir əmsalı (impakt faktoru) 3.898-dən 4.771-ə, beş illik təsir əmsalı isə 2.752-dən 3.172-yə qalxıb.
Bu jurnal tətbiqi riyaziyyat üzrə yer alan 267 jurnal içərisində 4-cü yerdə qərarlaşıb, MDB məkanı üzrə isə liderliyini saxlayaraq 1-ci yerdədir.
Jurnalın baş redaktorları akademiklər Fikrət Əliyev və Əli Abbasovdur. Baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin professoru Nazim Mahmudov, dosent Nərgiz Səfərovadır.
Tehsil-press.az