Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Cavid Süleymanlı 26 yaşında doktorantura təhsilini başa vuraraq, ölkənin ən gənc alimlərindən biri oldu.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində UNEC ilə müqaviləsi olan Cavid Süleymanlı, İstanbul Universitetində aldığı doktorantura təhsilini uğurla başa vurub.
2019/2020-ci tədris ilindən İqtisadiyyat və işlətmə kafedrasında müəllim kimi çalışan Cavid Süleymanlı bakalavr təhsilini menecment ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistr təhsilini isə Türkiyənin Mərmərə Universitetində bitirib.
Gənc alimin yüksək impakt faktorlu jurnallar da daxil olmaqla, yerli və beynəlxalq nəşrlərdə 18 elmi məqaləsi dərc olunub.
Tehsil-press.az