Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsinin Roman-german dilləri kafedrasının baş müəllimi Əzizə Əliyeva və həmin kafedranın müəllimi Hidayət Əkbərov İsmayıllı rayonunda “Fransız şəhərciyi” adlı ixtisasartırma təlimində çıxış ediblər.
Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitutunun Azərbaycanın məktəb, lisey və universitetlərində fəaliyyət göstərən 75 nəfər fransız dili müəllimi üçün təşkil etdiyi təlimdə Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Pedaqoji Universitet, Azərbaycan-Fransız Universiteti (UFAZ), Xarici Dillər Universiteti, Slavyan Universiteti və digər tədris ocaqlarından, Slavyan liseyindən müəllimlər iştirak ediblər.
Bezanson Universitetinin Tətbiqi Dilçilik Mərkəzinin fransız dili üzrə ekspertləri- xanım Od Dübüisson və xanım Frederik Melkor, fransız dili müəllimi xanım Kati Revel, cənab Benua Filu və Azərbaycan Fransız İnstutunun icraçı direktoru Hakan Conathan Ünlü təlimçi heyətin üzvləri sırasında olub.
Nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərin də həyata keçirildiyi təlimdə fransız dilinin tədrisini yaxşılaşdırmaq məqsədilə müxtəlif innovativ metodlar haqqında məlumat verilib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros təlim iştirakçılarının fransız dilinin tədrisi ilə bağlı suallarını cavablandırıb. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.
Tehsil-press.az