ADU-da frankofoniya tədbiri: Dilləri kəşf etmək sevinci

ADU-da frankofoniya tədbiri: Dilləri kəşf etmək sevinci Azərbaycanda keçirilən frankofoniya tədbirləri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-2 fakültəsinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müəllimləri və fakültənin III və IV kurs tələbələrinin iştirakı ilə “Dilləri kəşf etmək sevinci” adlı tədbir təşkil olunub.
Tədbirdə Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız İnstitutunun direktor müavini Conatan Hakan Ünlü, universitetin professor-müəllim heyəti, beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova, rektorun məsləhətçisi Anar Osmanlı, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə, həmçinin Fransız dili fakültəsinin məzunları Nübar Bayramova, Zemfira Qurbanova və Aida Həsənovanın çalışdıqları Bakı Beynəlxalq Tədris Kompleksi, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri müxtəlif səhnələr təqdim ediblər. Fransız dili fakültəsinin digər məzunu Amil Əhmədovun rəhbərlik etdiyi “Xarıbülbül” ansamblı da öz musiqi nömrələri ilə tədbirə xoş ovqat qatıb.

Tehsil-press.az


Oxşar xəbərlər