Xəzər Universiteti ilə “Norm” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

Xəzər Universiteti ilə “Norm” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb Xəzər Universitetində “Norm” ASC-nin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə rektor İradə Xəlilova rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat verib. Hening Sasse də baş icraçı direktoru olduğu “Norm” ASC-nin fəaliyyətindən danışıb.
İnsan resursları və administrativ işlər üzrə baş mütəxəssis Tamerlan Ələkbərli isə “Norm” ASC və təcrübə proqramı haqqında təqdimatla çıxış edib.
Sonda Xəzər Universiteti ilə “Norm” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər