Xəzər Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

Xəzər Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir “Flame Business Services” MMC-nin icraçı direktoru Tural Bağırov Xəzər Universitetinin rektoru İradə Xəlilova ilə görüşüb.
Görüşdə universitet və şirkət arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonra Xəzər Universiteti ilə “Flame Business Services” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Görüşdə İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova və Karyera Mərkəzinin koordinatoru Elnurə Əhmədzadə iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər