Xəzər Universiteti əlaqələrini genişləndirir

Xəzər Universiteti əlaqələrini genişləndirir Xəzər Universitetində İsveçrə Menecment, İqtisadiyyat və Maliyyə Universitetinin icraçı direktoru professor Djaüed Sangdel ilə görüş keçirilib.
Görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernigora və başqaları iştirak ediblər.
Görüşdə universitetlərarası əlaqələrin genişləndirilməsi, işçi heyəti və tələbələrin mübadiləsi, həmçinin bir sıra digər vacib məsələlər müzakirə olunub.
Qeyd edək ki, İsveçrə Menecment, İqtisadiyyat və Maliyyə Universiteti 1984-cü ildən özəl ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər