Təbiət fənlərinin inteqrativ tədrisi ilə bağlı vebinar təşkil olunacaq

Təbiət fənlərinin inteqrativ tədrisi ilə bağlı vebinar təşkil olunacaq Təhsil İnstitutu avqustun 24-də “Təbiət fənlərinin inteqrativ tədrisi” mövzusunda vebinar təşkil edəcək.
Vebinarın spikerləri təbiət fənləri üzrə mütəxəssislər Rəşad Səlimov və Yalçın İslamzadə, tədbirin moderatoru isə Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olacaq.
Tədbir institutun rəsmi feysbuk səhifəsi üzərindən həyata keçiriləcək.
Vebinarda təbiət fənlərinin erkən yaşlardan etibarən inteqrativ tədrisinin üstünlükləri, V sinifdə təbiət fənninin tədris planına daxil edilməsi kimi məsələlər müzakirə olunacaq. Həmçinin vebinar zamanı təbiət fənninə aid və hazırlanmaqda olan dərslik komplektindən danışılacaq.
Xatırladaq ki, Sinqapurun təhsil şirkətləri ilə birgə effektiv əməkdaşlıq davam edir. Bu əməkdaşlıq çərçivəsində riyaziyyat fənni və təbiət fənləri üzrə təhsil proqramlarının və dərslik komplektlərinin təkmilləşdirilməsi məqsədilə işlər görülür.

Tehsil-press.az


Oxşar xəbərlər