Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) avqustun 24-də “Təbiət fənlərinin inteqrativ tədrisi” mövzusunda vebinar təşkil edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd təbiət fənlərinin erkən yaşlardan etibarən inteqrativ tədrisinin üstünlüklərinin, təhsil islahatları istiqamətində V sinifdə təbiət fənninin tədris planına daxil edilməsinin müzakirəsidir. Həmçinin vebinar zamanı təbiət fənninə aid hazırlanmaqda olan dərslik komplektindən danışılacaq.
Vebinarın spikerləri təbiət fənləri üzrə mütəxəssislər Rəşad Səlimov və Yalçın İslamzadə, moderatoru isə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov olacaq.
Onlayn tədbir ARTİ-nin rəsmi feysbuk səhifəsi üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq davam edir. Bu əməkdaşlıq çərçivəsində riyaziyyat fənni və təbiət fənləri üzrə təhsil proqramlarının və dərslik komplektlərinin təkmilləşdirilməsi məqsədilə işlər görülür.
Tehsil-press.az