Təhsil İnstitutu təlim resursları ilə bağlı vebinar təşkil edəcək

Təhsil İnstitutu təlim resursları ilə bağlı vebinar təşkil edəcək Təhsil İnstitutu oktyabrın 7-də “I sinfə gedəcək uşaqların hazırlığında “Məktəbə hazırlaşırıq” təlim resurslarının rolu” mövzusunda vebinar təşkil edəcək.
Vebinara Tədris resursları şöbəsinin müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Rasim Abdurazaqov moderatorluq edəcək. Spikerlər isə Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, “Məktəbə hazırlaşırıq” təlim resurslarının həmmüəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Laləzar Cəfərova, “Məktəbə hazırlaşırıq” təlim resurslarının müəlliflər qrupunun rəhbəri, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müəllimi, uşaq psixonevroloqu ixtisası üzrə Yaponiyanın Tohoku Universitetində doktorluq proqramının məzunu, tibb elmləri üzrə fəlsəfə doktoru Kamran Salayev və Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin məktəbəqədər hazırlıq qrupunun müəllimi Səbinə Səmədzadə olacaq.
Vebinarın əsas məqsədi I sinfə gedəcək şagirdlərin tədrisə hazırlıqlı başlamalarında, onların sinif-dərs prosesinə öncədən alışmalarının təmin edilməsində, uşaqlara sadə riyazi bacarıqlar, əlifba təlimi, oxu və yazı səriştələrinin aşılanmasında mühüm rol oynayan məktəbəhazırlıq qruplarının əhəmiyyəti haqqında məlumat verməkdir. Vebinar zamanı bu qruplarda istifadə olunan “Məktəbə hazırlaşırıq” əsas təlim resurslarının beynəlxalq təcrübəyə əsaslanan məzmunu və istifadə metodikasının xüsusiyyətləri izah olunacaq.
Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər