NASA-nın alimləri: Yerdə həyatın yaranmasında Ayın böyük rolu olub

NASA-nın alimləri: Yerdə həyatın yaranmasında Ayın böyük rolu olub ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri hesab edirlər ki, Yerin formalaşmasında və planetimizdə həyatın yaranmasında Ayın böyük rolu olub. Tehsil-press.az xəbər verir ki, NASA-nın astrobioloji təşəbbüsünün iştirakçısı, alimlərdən ibarət qrupun rəhbəri, kimyaçı Stiven Benner deyib: “Ulduzlararası məkanda böyük üzvi maddələr ehtiyatı Günəş sisteminin yaranmasında iştirak edib, lakin onların Yerdə ilk “həyat kərpiclərinin” formalaşmasında heç bir rolu olmayıb. Üzvi maddələr kosmosun hər yerində var. Məsələn, Qalaktikanın mərkəzinə baxsaq görərik ki, həyatın yaradıcısı sayılan formaldehid və sianidin olduğu bir neçə dumanlıq mövcuddur. Biz şübhə etmirik ki, Yerin də formalaşmasının ilk anında da bu maddələrin iştirakı olub. Amma onlar planetimizdə həyatın yaranmasında rolu olmayıb”.
Bu gün alimlər hesab edirlər ki, Yerin və Günəş sisteminin digər planetlərinin yaranması bir neçə on və ya yüz milyonlarla il davam edən kosmik boşluqda olan nəhəng qaz buludlarının içərisində baş verib. Onun daxilində sızılmalar nəticəsində əvvəlcə Günəş, sonra isə planetlər yaranıb. Yerin formalaşmasında və planetimizdə həyatın yaranmasında isə əsas rolu Ay oynayıb. Məsələ bundadır ki, Ay Günəş sisteminin yaranmasından yüz milyonlarla il sonra Yerin Mars böyüklükdə nəhəng protoplanet cismi ilə toqquşmasından sonra yaranıb.
S.Benner əlavə edib ki, bu toqquşma nəticəsində Yer demək olar ki, əriyib. Hətta ulduzlararası molekulların bir hissəsi bu prosesdə xilas olsalar belə, toqquşmanın yaratdığı temperaturda heç bir üzvi maddə yaşaya bilməzdi. Digər tərəfdən, Yerdə həyat “yerli” sadə üzvi molekullarının formalaşması məhz Ayın gətirdiyi digər mühüm maddələr hesabına mümkün olub. İlk növbədə, Yerin təbii peyki gənc planetimizin atmosferini daha az “turş” edib və bunun nəticəsində ammiak, hidrogen, karbon qazı meydana gəlib. Bütün bunlar göstərib ki, həmin maddələr həm ulduzlararası məkanda, həm də Yerdə mövcud ola bilər. Eyni zamanda, sonralar asteroidlər və kometalar da Yer kürəsinə üzvi maddələr gətiriblər ki, bu da planetimizdə təkamül proseslərinə təkan verib.

Tehsil-press.az

Oxşar xəbərlər