Şimali Koreya yaxın 6 gündə yenə raket buraxacaq

Şimali Koreya yaxın 6 gündə yenə raket buraxacaq Şimali Koreyanın 6 gün ərzində yenidən raket buraxacağı barədə məlumat yayılıb.
Bu barədə "CNN" telekanalı ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb.
Pentaqon nümayəndəsinin sözlərinə görə, Kuson şəhərinə xüsusi avadanlıqların daşındığı məlum olub ki, bu avadanlıq məhz raket buraxılması zamanı istifadə olunub.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, adətən belə daşınmalar olan zaman 6 gün ərzində raket buraxılması həyata keçirilir.
Bu hadisənin də məhz ölkədə Koreya müharibəsinin bitməsi şərəfinə təsadüf etməsi ehtimal edilir.

Təhsil-press.az

Oxşar xəbərlər