Botanika İnstitutunda magistr və doktorantların attestasiyaları keçirilib

Botanika İnstitutunda magistr və doktorantların attestasiyaları keçirilib AMEA Botanika İnstitutunda botanika və mikologiya ixtisasları üzrə təhsil alan II kurs magistrantlar və elmi tədqiqat aparan fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilib.
İnstitutun baş direktoru professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilən iclasda attestasiya komissiyası magistrantların imtahan sessiyasının nəticələri, semestr ərzində gördükləri işlər və doktorant-dissertantların fərdi iş planlarının yerinə yetirilməsi, dərc olunan məqalələrin sayı, çöl işlərində iştirakı ilə maraqlanıb. Dissertasiya işlərinin gedişi ilə bağlı məsələlər müzakirə edilib, tövsiyələr verilib.

Tehsil-press.az

Oxşar xəbərlər