Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) fəlsəfə doktorluğu hazırlığı üzrə təhsil alan doktorant və disertantlarla onlayn görüş keçirilib.
Görüş “COVID-19” pandemiyası ilə əlaqədar xüsusi karantin dövründə institutda distant formada tədrisin, elmi-tədqiqat işlərinin hazırkı vəziyyətinin, mövcud çətinliklərin və qarşıda həlli nəzərdə tutulan məsələlərin, perspektivlərin müzakirəsi məqsədilə təşkil edilib.
İclasda çıxış edən institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramının prioritet hədəflərinə uyğun olaraq institutda həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. O qeyd edib ki, tədbirlər idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, elmi kadrların hazırlanmasıni əhatə edəcək. Eyni zamanda, elmi fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılması, beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin genişləndirilməsi, eləcə də elmi nəticələrin tətbiqi bağlı addımlar atılacağını diqqətə çatdırıb.
“Hər bir elmi-tədqiqat müəssisəsində olduğu kimi, AKİ-də də kadr hazırlığı mühüm əhəmiyyət kəsb edir, bunun üçün institut rəhbərliyi tərəfindən mühüm işlər görülür. Gənc alim və mütəxəssislərin elmə həvəsləndirilməsi üçün adlı mükafatlar təsis olunub, doktorant, disertant və magistrlər arasında müxtəlif müsabiqələr keçirilir”, - deyə Əfsun Sucayev vurğulayıb.
O, doktorant və dissertantların dissertasiya işlərini vaxtında müdafiə etmələri üçün elmi-təcrübi tədqiqatlara daha çox vaxt ayırmalarının zəruruliyini bildirib. Qeyd edib ki, dünya elminə inteqrasiya etmələri üçün hər bir doktorant və dissertantın beynəlxalq elmi axtarış saytlarında çalışmaq, elmmetrik səhifələrin, profillərin yaradılmasına, tədqiqat zamanı aldıqları mühüm elmi nəticələrin nüfuzlu jurnallarda dərc edilməsinə önəm verməlidirlər.
Ə.Sucayev institutda bundan sonra keçiriləcək seminarların formatında müəyyən dəyişikliklər ediləcəyini doktorant-dissertantlar üçün müasir elmi çağrışlara cavab verən aktual mövzularda interaktiv müzakirələr təşkil ediləcəyini bildirib. Doktorant və dissertantlarla onlayn görüşlərin mütəmadi keçiriləcəyini və onların üzləşdikləri hər bir problemin həllinin həmişə diqqətdə saxlanılacağını diqqətə çatdırıb.
Görüşdə institutun Təhsil Şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Sədaqət Şamxalova, doktorant və dissertantlar çıxış edərək müzakirə olunan məsələlər ətrafında fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Tehsil-press.az