AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında müəssisənin doktorant və dissertantlarının elmi fəaliyyəti müzakirə olunub.
Tədbirdə doktorant və dissertantlar apardıqları tədqiqatlar, eləcə də elmi rəhbərlər tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat veriblər. Bildirilib ki, xüsusi karantin rejimi ilə əlaqədar elmi rəhbərlərlə onlayn formada mütəmadi dissertasiya işlərinə dair müzakirələr aparılır.
İnstitutun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnformasiya Texnologiyaları İnstitutuna doktorluq şurasının verildiyini diqqətə çatdırıb. Bildirib ki, artıq institutun nəzdində bir neçə ixtisas üzrə elmlər doktorlarının müdafiəsi keçirilə bilər.
Akademik hər bir tədqiqatçının elmi fəaliyyəti və attestasiya nəticələrinin təhlili, monitorinqin aparılması və hesabatların hazırlanması, onların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün tövsiyələr verib.
Tehsil-press.az