Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “BestComp Group” MMC arasında niyyət protokolunun imzalanması mərasimi keçirilib.
İmzalanmış sənədə əsasən “BestComp Group” MMC şirkəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələrinə 1000 ədəd kompüter avadanlıqları ianə olunacaq.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov cəmiyyətin gələcək həyatının təhsilin rəqəmsal transformasiyasından asılı olduğunu qeyd edərək bu istiqamətdə Təhsil Nazirliyinin, digər hökumət qurumlarının və özəl sektorun əlaqələndirilmiş şəkildə fəaliyyətinin vacibliyini vurğulayıb. Nazir müavini işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi çərçivəsində şəhər və kəndlərdə istifadəyə veriləcək təhsil müəssisələrində müasir informasiya texnologiyaları infrastrukturunun qurulması məsələsinə toxunub. Muxtar Məmmədov bildirib ki, bu da öz növbəsində ölkədə təhsilalanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye əsaslı təhsil imkanlarının yaradılması deməkdir.
“BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib və gələcək istiqamətlərlə bağlı təkliflərini irəli sürüb.
Tehsil-press.az