AzTU və “Bestcomp Group” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU və “Bestcomp Group” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Bestcomp Group” şirkətində işgüzar görüş keçirib.
Görüşdə “Bestcomp Group”un Müşahidə şurasının sədri Rauf Həsənov şirkətin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, şirkət biznes proseslərin avtomatlaşdırılması, şəbəkə həlləri, təhlükəsizlik infrastrukturunun qurulması, kəsintisiz enerji təminatı və soyutma sistemləri, şəbəkə kabel sistemləri, biznesin davamlılığının planlaşdırılması üzrə məhsul və xidmətlər təklif edir.
Universitetin rektoru Vilayət Vəliyev elmi-innovativ əməkdaşlığın inkişaf etdirilməsində, tələbələrin təcrübə proqramlarına, biznes layihələrin hazırlanmasına cəlb olunmasında “Bestcomp Group”kimi şirkətlərin xüsusi rolu olduğunu vurğulayıb.
Şirkətlə tanışlıq zamanı qonaqlar AzTU məzunlarından ibarət işçi heyətin real iş prosesini izləyiblər.
Sonda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər