AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı layihəsi üzrə onlayn seminar keçirilib

AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı layihəsi üzrə onlayn seminar keçirilib AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında icra edilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində 3 günlük onlayn seminar keçirilib.
Tədbirdə STEPI, Koreya Respublikasının Hanbat Milli Universiteti, Enerji Tədqiqatları İnstitutu, Seul Hongneung İnnoşəhər, Patentlərin Kommersiyalaşdırılması Platforması, “Delta-Tech Korea” LTD, Sonqyunqvan Universiteti, Seul Milli Universiteti və Seul Elm və Texnologiya Universitetinin ekspertləri və yerli məsləhətçilərin təqdimatları dinlənilib.
“Universitet-sənaye əməkdaşlığı”, “Koreya Tədqiqat institutlarının texnoloji transfer siyasətləri”, “Tex-startaplar və qlobal biznes”, “Texnoloji qiymətləndirmə”, “Texnologiyaların kommersiyalaşdırılmasının inkişafı”, “Texnologiyaların kommersiyalaşdırılması üzrə AMEA YTP-nin inkişaf proqramı” mövzularında təqdimatlar innovativ klasterlər və şəbəkələr, startapların beynəlmiləlləşdirilməsi, sənaye təhsili, tədqiqat və sənayedə ehtiyacların müəyyən edilməsi, patent əsasında kreditləşmə, müştəri kəşfi, beynəlxalq startap proqramları, Azərbaycan startaplarının Koreya innovasiya ekosisteminə inteqrasiya edilməsi və digər maraqlı spesifik istiqamətlər üzrə müzakirələrə səbəb olub. Həmçinin Azərbaycan innovasiya ekosistemi üçün texnologiyaların kommersiyalaşdırılması üzrə onlayn platformanın (TTCP) qurulması prosesi ilə bağlı məlumatlar təqdim edilib.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin, müxtəlif universitetlərin, Təhsil İnstitutunun, dövlət qurumları və özəl sektorun nümayəndələri iştirak ediblər. Həmçinin mövzularla bağlı sorğular cavblandırılıb. Bildirilib ki, seminar iştirakçılarına sertifikatlar oktyabr ayında təqdim olunacaq.

Tehsil-press.az





Oxşar xəbərlər