“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Lahor Dövlət Kollec Universitetinin bir qrup alimi AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Ziyarətçilər sırasında Lahor Dövlət Kollec Universitetinin əməkdaşları Faizə Bəşər, Ruhi Zahid, Əzmət Rübab, Maria Amin, Mahnur, Hayyad Niazi və Babar Nəsim Asi yer alıblar.
Ölkəmizə və AMEA-ya ilk dəfə səfər edən Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti Nizami Muzeyinin milli ədəbiyyatı yaşadan ekspozisiyası ilə də tanış olub, Azərbaycan ədəbiyyatı ilə bağlı verilən məlumatları həvəslə dinləyiblər. Buradakı qonaqpərvərlikdən məmnun qalan qonaqlar rəngarəng eksponatlarla zəngin muzey zallarını böyük heyranlıqla seyr edib, ədəbiyyata dair suallar verərək yazıçı və şairlərimizin bədii irsi ilə yaxından maraqlanıblar.
Muzeydən ayrılarkən Lahor Dövlət Universitetin Urdu dili kafedrasının müdiri professor Doktor Saimə İrəm “Rəy kitabı”nda öz ürək sözlərini belə ifadə edib: “Biz Azərbaycan ədəbiyyatı haqqında məlumatı dinləyərək məmnunluq və şərəf duyduq, ədiblərinizin öz xalqı üçün necə böyük işlər gördüyünün bir daha şahidi olduq. Biz gözəl təəssüratla muzeydən ayrılır, belə bir ədəbiyyat muzeyinin Pakistanda yaradılması ideyası ilə vətənə dönürük”.
Tehsil-press.az