Muzeyin zəngin ekspozisiyası şagirdlərin ədəbiyyat dərslərinin tədrisinə marağını artırır

Muzeyin zəngin ekspozisiyası şagirdlərin ədəbiyyat dərslərinin tədrisinə marağını artırır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı mədəni-maarif, təhsil müəssisələri ilə əlaqələrini genişləndirir.
Yeni tədris ili başlanan gündən şəhər məktəblərinin, eləcə də ucqar kənd məktəblərinin şagirdləri muzeyə böyük maraq göstərirlər.
Muzeyə ekspozisiya zamanı şagirdlər klassiklərimizin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olur, ədəbiyyatımızın görkəmli nümayəndələri və onların əsərləri barədə məlumatlandırılırlar.
Müəllim və şagirdlərin muzeyin rəy kitabında qeyd etdiklərinə görə, ədəbi-mədəni irsin toplanması, tədqiqi və nümayişi istiqamətində fəaliyyət göstərən muzey şagirdlərin yaddaşında dərin iz buraxır, ədəbiyyat dərslərinin tədrisinə onların marağını artırır.

Tehsil-press.az

Oxşar xəbərlər