Ədəbiyyat İnstitutunun doktorant və dissertantları Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar

Ədəbiyyat İnstitutunun doktorant və dissertantları Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyada Ədəbiyyat İnstitutunun doktorant, dissertant və magistrantları iştirak ediblər. Səfər çərçivəsində muzeydə sərgilənən eksponatlarla yaxından tanış olan ziyarətçilərə muzeyin fəaliyyəti haqqında məlumat verilib.
Sonda Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva muzeylərə təşkil olunan ekskursiyaların əhəmiyyətindən danışıb, gənc tədqiqatçıları Ədəbiyyat İnstitutu ilə daha sıx əməkdaşlıq etməyə çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər