Qazaxıstanda yanvar ixtisaslarının 545 iştirakçısı mühakimə olunub

Qazaxıstanda yanvar ixtisaslarının 545 iştirakçısı mühakimə olunub Qazaxıstan məhkəmələri yanvar iğtişaşları ilə bağlı cinayət işləri üzrə 545 nəfəri mühakimə edib.
Bu barədə Qazaxıstan Baş prokurorluğunun cinayət təqibi xidmətinin rəis müavini Eldos Kilimjanov bazar ertəsi günü keçirdiyi brifinqdə deyib.
“Ümumilikdə yanvar hadisələri ilə bağlı məhkəmələrə göndərilən 429 cinayət işi üzrə 545 nəfər məhkum edilib. Hakimiyyət nümayəndələrinə qarşı zorakılıq və əmlakın məhv edilməsi ilə bağlı ağır cinayətlər törədən 83 nəfər azadlıqdan məhrum olunub”, - deyə Eldos Kilimjanov bildirib.
Onun sözlərinə görə, hazırda 349 şübhəli həbsdə saxlanılır. Onların talanlarda, binaların yandırılmasında, silah oğurluğunda, dövlət obyektlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı basqınlarda iştirakları təsdiqlənib.
Xatırladaq ki, 2022-ci ilin ilk günlərində Qazaxıstanın Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin iki dəfə bahalaşmasına qarşı başlayan etiraz aksiyaları sonradan digər şəhərlərə, o cümlədən respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb və kütləvi iğtişaşlara çevrilib. Rəsmi məlumatlara görə, iğtişaşlar nəticəsində 323 nəfər həlak olub, 4,5 mindən çox insan isə xəsarət alıb.

Tehsil-press.az


Oxşar xəbərlər