“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Almaniyanın “Achenbach Buschhütten” şirkətinin icraçı direktoru Rolf Vilbers arasında görüş keçirilib.
Görüşdə sənaye sahəsində gənc, istedadlı kadrların hazırlaması, onların işlə təmin olunması, müştərək layihələrin icrası istiqamətində əməkdaşlığın qurulması, tələbələr arasında könüllülük fəaliyyətinin təşviqi kimi məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb. Qeyd olunub ki, ixtisaslı və peşəkar kadrların hazırlanması müasir texnologiyaları, nou-hauları özündə cəmləşdirən yeni layihələrin gələcək icrasında, innovativ təşəbbüslərin reallaşdırılmasında böyük əhəmiyyətə malikdir.
Yalnız alüminium sənayesinin inkişafı deyil, eyni zamanda, istehsalatın elmə istiqamətlənməsi baxımından önəm kəsb edən görüşdə tələbələrin nəzəri biliklərdən əlavə, həm də təcrübə qazanması, onların inkişafı və perspektivləri ilə bağlı təkliflər müzakirə olunub.
Tehsil-press.az