Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə görüşüb.
Görüş zamanı təhsil sektoruna aid sığorta xidmətlərinin inkişafı, tələbələr arasında sığorta məlumatlılığının formalaşdırılması, tələbələrin sığortaya cəlb edilərək sertifikatlaşdırılma imkanları və bu istiqamətdə digər məsələlər müzakirə edilib.
Əlaqələrin daha da genişləndirilməsindən bəhs edən görüşdə tərəflər arasında əməkdaşlığın mümkün istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, perspektiv layihələr müzakirə olunub.
Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.
Tehsil-press.az