ADNSU: Azİİ e-Kitab Evi “Əsgərin kitab rəfi” aksiyasına qoşulub

ADNSU: Azİİ e-Kitab Evi “Əsgərin kitab rəfi” aksiyasına qoşulub Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Müdafiə Nazirliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına qoşulub.
İyulun 25-də aksiya çərçivəsində ADNSU-nun Azİİ e-Kitab Evinin fondundan 39 adda 40 nüsxə elmi, bədii, publisistik kitab hədiyyə olunub.
Kitabları təqdim edənlər ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “İrəli” İctimai Birliyinin nəcib təşəbbüsünü yüksək dəyərləndirdiklərini bildirib və universitetin hər zaman belə layihələrə dəstək olduğunu qeyd ediblər.
Qeyd edək ki, “Əsgərin kitab rəfi” kampaniyası çərçivəsində elmi, bədii, publisistik kitablar toplanaraq işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə, bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər