Azİİ e-Kitab Evində növbəti nəşrin təqdimatı keçirilib

Azİİ e-Kitab Evində növbəti nəşrin təqdimatı keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən ərsəyə gələn “Maraqlı MBA. Rəhbərin masaüstü kitabı”nın təqdimatı keçirilib.
Tədbiri açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitab haqqında iştirakçılara məlumat verib.
Sonra ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova, İqtisadiyyat və menecment fakültəsinin dekanı dosent İlham Rüstəmov, kafedra müdiri professor Qəzənfər Süleymanov çıxış edərək professor-müəllim heyəti və tələbələr üçün nəzərdə tutulan nəşrin dəyərli vəsait olduğunu bildiriblər.
ABB-nin Marketinq departamentinin baş mütəxəssisi Könül Hilal, kitabın müəllifi Elşən Bədirxanov və ABB-nin mətbuat katibi Yadigar Cəfərov kitab haqqında məlumat verib, yeni nəşrdə əhatə olunan istiqamətlər haqqında danışıblar.
Qeyd edək ki, müəllifi Elşən Bədirxanov olan “Maraqlı MBA. Rəhbərin masaüstü kitabı” “Bookzone Qroup” MMC nəşriyyat evində çap olunub, yüksək keyfiyyətə və nəfis tərtibata malikdir.

Tehsil-press.az


Oxşar xəbərlər