Bakı Dövlət Universiteti (BDU) və İsrailin Holon Texnologiya İnstitutu arasında ikili diplom layihəsi uğurla tətbiq edilir.
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisası üzrə bakalavriat səviyyəsinin III kursunun beş tələbəsi 2020/2021-ci tədris ilinin ikinci semestrindən etibarən təhsilə Holon Texnologiya İnstitutunda onlayn formatda davam edirlər.
Tələbələrin Holon Texnologiya İnstitutunda təhsili üçün fənlər və kreditlər hesablanıb, tədris planları müqayisə edilib, oxşar və fərqli fənlər müəyyənləşdirilib.
İkili diplom layihəsinin əsas məqsədi kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnən, bu elmlərin fundamental və xüsusi tətbiqi metodlarından istifadə etməyi bacaran, informasiya texnologiyaları sahəsində dərin biliklərə malik, öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdırmaq və effektiv həll etmək imkanı olan elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
Tehsil-press.az