Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.
Görüşdə rektor E.Babayev 2021-2022-ci tədris ilində universitetdə tədris və elm istiqamətində həyata keçirilən işlər, yeniliklər, yay imtahan sessiyasının yekunları barədə məlumat verib. Bildirilib ki, hazırda universitetdə tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, elmi tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir, struktur islahatları həyata keçirilir. Dünyanın bir sıra aparıcı universitetləri ilə birgə ikili diplom proqramları reallaşdırılır.
Sonra BDU-nun qarşısında duran vəzifələrin səmərəli icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İctimai Nəzarət Şurasının sədri, Milli Məclisin deputatı Arzu Nağıyev və şuranın üzvləri – Milli Məclisin deputatı Əminə Ağazadə, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə BDU-da tədris prosesinin, elmi fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini bölüşüblər.
Tehsil-press.az