ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb

ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb Azərbaycan Dillər Universitetinin (ADU) İctimai Nəzarət Şurasının üzvləri bütün fakültələr üzrə I-III kurslarda təhsil alan tələbələrlə görüşlərə başlayıb. Görüşlərdə imtahan hazırlığı, Bolonya sisteminin tətbiqi, tələbələrin sosial həyatı, təhsil islahatları, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülər, universitetdaxili nizam-intizam və s. mövzular ətrafında müzakirələr aparılıb.
İnteraktiv şəkildə keçirilən görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb, ətraflı izahat verilib.
Qeyd edək ki, ADU-nun Elmi şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən yaradılan 14 nəfərlik İctimai Nəzarət Şurasının sədri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, sədr müavini təhsil eksperti Nadir İsrafilov, katibi isə modern.az saytının rəhbəri Elşad Eyvazlıdır.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər