İctimai Etimad Şurasının üzvləri ADNSU-da imtahan prosesini izləyiblər

İctimai Etimad Şurasının üzvləri ADNSU-da imtahan prosesini izləyiblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər.
İctimai Etimad Şurasının üzvləri əvvəlcə ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş kompleksi ziyarət ediblər. Sonra imtahan keçirilən auditoriyaları gəzib, müəllim və tələbələrin imtahanlara hazırlıq səviyyəsi, həmçinin imtahanların şəffaf mühitdə keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olublar.
İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru professor Mustafa Babanlı ilə görüşüb, imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşüblər. Rektor M.Babanlı ADNSU-da son dövrdə görülən işlər, yeniliklər və tədris strukturu barədə ətraflı məlumat verib.
Şura üzvləri universitetdə imtahanların keçirilməsi üçün yaradılan şəraiti və şəffaf tədris mühitini, imtahana nəzarət prosesini yüksək qiymətləndirib və tələbələrin hazırlıq səviyyəsindən razı qaldıqlarını bildiriblər.
Görüşdə tədris və təhsilin müasir standartlara uyğunlaşdırılması və yeni layihələr barədə müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər